Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi SOCAR Eko-Park ərazisində səfirlik üçün ayrılmış ərazidə “1000 ğaf ağacı əkmək” layihəsini həyata keçirir.
Bu barədə XALQ.AZ-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Layihə SOCAR-la əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bu il BƏƏ-də “Tolerantlıq ili”nin rəmzi olaraq ğaf ağacı seçilib.
XALQ.AZ