Şəhid ailəsi koronavirusa yoluxdu – 3 nəfər xəstəxanaya yerləşdirildi

İsmayıllıda şəhid ailəsi koronavirusa yoluxub.

Yoluxmalar Ticran kəndində qeydə alınıb.

Bu barədə Tircan kəndi üzrə icra nümayəndəsi Əhməd Əhmədov məlumat verib. Onun sözlərinə görə, yoluxanlardan 3-ü bir ailənin üzvləridir.

“Bunlar şəhid anası, onun oğlu və gəlinidir. Digər yoluxan isə 22 yaşlı gənc qızdır. O demək olar ki, evlərindən çölə çıxmayıb. Haradan yoluxması bizə də maraqlıdır.

Digər ailəyə gəldikdə isə onların iştirak etdikləri yas mərasimində virusa yoluxduqları güman edilir. Ailənin qohumlarının mərasimi İsmayıllıda olub. Yas sahibinin gəlini də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib”.

Xəstələrdən ikisi Ağdaş, 2-i isə Balakəndə xəstəxanaya yerləşdirilib. Şəhid anasının ürək xəstəliyi də olub. Onun vəziyyəti digərlərinə nisbətən ağır olduğu üçün reanimasiyadadır. Hazırda yoluxanların vəziyyətləri normaldır”.