Şəhid ailəsi ziyarət olundu

Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də rayonumuzun şəhidi Vəliyev Elyar Arif oğludur.

Xüsusi təyinatlı olan Elyar torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq və şücaət göstərdiyinə görə ölümündən sonra “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Elyar Qırmızı bazar qəsəbəsi yaxınlığında şəhid olub…

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev şəxsi facebook hesabında yazıb.

Millət vəkili bildirib ki,Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları ilə Elyarın ailəsinə baş çəkdik, sabah ikinci sinifə gedəcək Hüseynə məktəb çantası, məktəbli ləvazimatı təqdim edib dərslərində uğurlar arzuladıq.

Elyarın 3 oğlu, 2 qızı böyüyür. Allah rəhmət etsin! Şəhidlər ölməz, Vətən bölünməz deyə qeyd edib.