Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib.

Şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.