Şəhid Baba Mikayılov dəfn edildi

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.

Dəfndən əvvəl şəhidlə vida mərasimi keçirilib.

B.Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.