Şəhid məzarları köçürüldü

Son günlər böyük müzakirələrə və narazılıqlara səbəb olan Qarabağ Müharibəsi şəhidlərinin yol kənarında dəfn olunması və onların məzarlarına su yığılması problemi artıq öz həllini tapıb.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su sızıntısı müşahidə edilməyib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin uğursuz və onların adına layiq olmaması hər kəsin narazılığına səbəb olub.

Söhbət Qaradağ rayonu Xocasən-Lökbatan yolunun üzərində yerləşən ümumişəhər qəbiristanlığından gedir. Vətən müharibəsinin 18 qəhrəmanı burada dəfn olunub. Şəhidlərin dəfni üçün ayrılan yerdə məzarların üzərinə yığılan su ictimaiyyətin qınağına səbəb olub.

Şəhid ailələri övladlarının məzarlarının daha münasib yerə köçürlüməsini tələb ediblər.

Qeyd edək ki, etiraz edən valideynlərin müraciəti araşdırılaraq, dünən günorta saatlarında öz həllini tapıb