Şəhidimiz anıldı

Zəfər Tariximizin QəhrəmanlarıŞəhidimiz Sənan Qalasən oğlu Əhmədov’un şəhidlik zirvəsinə ucalmasından bir il ötür.Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1994-2005-ci illərdə F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İbrahim və Həmid adında 2 oğlu, Nuray adında isə 1 qızı yadigar qaldı.Sənan Əhmədov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.Vətən müharibəsinə qədər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Sənan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.Sənan Əhmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əhmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov Milli Məclisin deputatı Tamam Cəfərova şəhidimizin ailəsini ziyarət ediblər. Şəhidlərimizi dərin hörmət, sonsuz şükranlıq və minnətdarlıqla anırıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.