Şəhidimiz anıldı

Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov şəhidimizin il dönümündə iştirak ediblər.

Həsənov Hikmət Fikrət oğlunun şəhadətə qovuşmasının ildönümü mərasimində xatirəsini ehtiramla yad edilib.

Hikmət Həsənov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Murovdağ zirvəsinin azad olunmasında yaxından iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə cəbhədə gedən ağır döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 6 dekabr 2020-ci ildə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. Həsənov Hikmət Fikrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur.

ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin