Şəhidləri təhqir edən tutuldu

Sehid

Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu gün səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.