Şəhidlərin xatirəsi anılıb

Biləsuvar rayonu Təzəkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun, Ağalıkənd kəndində İkinci Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun doğum günləri ilə əlaqədar xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, ictimaiyyət nümayəndələri şəhidlərin ailələrini ziyarət ediblər.

Görüşlərdə Vətənin qəhrəman övladlarının şərəfli həyat və döyüş yolları, torpağa, milli-mənəvi dəyərlərə bağlılıqları, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları dinlənilib.

Daha sonra şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 1975-ci il sentyabrın 7-də dünyaya göz açan Tacəddin Quliyev Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, 1994-cü il aprelin 27-də Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

1991-ci il sentyabrın 7-də Ağalıkənd kəndində doğulan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Ruslan Qurbanov Vətən müharibəsi zamanı Murovdağ yüksəliyi uğrunda gedən döyüşlərdə 2020-ci il sentyabrın 28-də şəhid olub.  O, 2020-ci il oktyabrın 2-də Biləsuvar rayonunun Ağalıkənd qəbiristanlığında dəfn olunub.

Şəhidlərin adları əbədiləşdirilərək böyüyüb boya-başa çatdıqları kəndlərin küçələrindən birinə verilib.