Səhiyyə Nazirliyində yeni təyinatlar

Səhiyyə Nazirliyində yeni təyinatlar olub.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə Qulu Xəlilov təyin edilib.

Məlumat üçün bildirək ki, nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Pərviz Əbubəkirovdur.

Q.Xəlilov  Uzun müddət media sahəsində çalışan biri kimi növbəti mərhələdə də jurnalistlərlə sıx əməkdaşlıq çərçivəsində işləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Q.Xəlilov əvvəllər  “7 gün”, “İmpuls” qəzetlərində çalışıb, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində və bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.