Şəki hava limanı niyə fəaliyyət göstərmir?

Seki

Şəki hava limanı normal vəziyyətdə olsa da 17 ildir ki, fəaliyyət göstərmir.

XALQ.AZ-ın məlumatına görə, 132 hektar sahəni əhatə edən və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı olan Şəki hava limanı texniki cəhətdən normal vəziyyətdə olsa da artıq 17 ildir ki, burada uşuçlar həyata keçirilmir.

Vaxtilə bölgədə yeganə hava nəqliyyatı yalnız Şəki hava limanı vasitəsi ilə həyata keçirilsə də 80 illik rentabelli fəaliyyətdən sonra sərnişin və yük təyyarələrinin uçuşu 1997-ci ilin noyabrında tam dayanıb. Buradakı mövcud vəziyyət dövrün tələbləri və son model təyyarələri qəbul etməyə imkan verməsə də çox da böyük olmayan vəsait hesabına, ilk bölgə hava limanını yenidən işə salmaq mümkündür.

Şəki hava limanının rəisi Çingiz Süleymanlı deyir ki, “Gordüyünüz kimi bu günkü gündə də hamısı qorunub saxlanılır. Bizim radiotexniki avadanlıqlarımız saz vəziyyətdədir, palasamız uçuş-enmə zolağı demək olar ki, 1600 metrdir, bu da ola bilsin ki, son təyyarələr üçün bəs eləmir. Burda cüzi vəsait hesabına bu aeroportu bərpa etmək olar. Aeroport açılarsa, mən bir mütəxəssis kimi əminəm ki, özünü doğrulda bilər”.

Yerli sakinlər isə, 180 min əhalisi olan, regionun ən böyük turizm şəhərində hava nəqliyyatının bərpasına böyük ehtiyac olduğunu deyir.

Yerli iş adamı Rahim Cəlalov bildirir ki, “Mən işimlə əlaqədar tez-tez xaricə uçmalı oluram, hər dəfə 100 km-dən artıq yol gedib Qəbələdən uçuram. Amma yaxşı olardı ki, Şəki aeroportu işə duşsun,elə buradan istədiyimiz ölkəyə gedə bilək. Onu da deyim ki, hər reysdə Qəbələdən uçsaq da sərnişinlərin tam yarıdan çoxu Şəki sakinləri olur”.

“Hazırda bu zonada yalnız Qəbələ şəhərindən uçuşlar həyata keçirilir. 2008-ci ildən fəaliyyətə başlayan Zaqatala hava limanı bir il sonra beynəlxalq status alsa da sərnişin azlığından hazırda öz fəaliyyətini dayandırıb. Şəki hava limanının fəaliyyətinin yenidən bərpası isə 2015-2018-ci ilin Dövlət Praqramında nəzərdə tutulub