Şəkidə dəhşətli qəza baş verib

Kamaz

Şəkidə dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Aşağı Küncüt kəndində “KAMAZ” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində bir nəfər avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər yük maşının içində sıxışıb qalan şəxsi xilas edərək ailəsinə təhvil veriblər.