Şəkidə iki avtomobil toqquşub, yaralananlar var

96

Şəki rayonunda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza Şəki-Qax yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Şəki rayonu Baş Göynük kənd sakini, 1980-cı il təvəllüdlü  Aslanov Asif İsmayıl oğlunun idarə etdiyi 55-BN-495 dövlət  nişan nömrəli, VAZ-2106 markalı avtomobil Balakən rayon sakini, Dundarov Elvin Vahid oğlunun idarə etdiyi 10-MR-642 dövlət nişan nömrəli  LADA 21112 markalı avtomobil ilə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü  Asif Aslanov və LADA 21112-də olan sərnişin, Balakən rayon sakini, 1994-cü il təvəllüdlü  Dibirov Elnur Şamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şəkinin Polis Şöbəsində araşdırma aparılır.