Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Nazirlikdən Xalq.az-a verilən məlumata görə, baş nazirin qərarı ilə nazir Səlim Müslümov Kollegiyanın sədri təyin edilib.
Xalq.az ƏƏSMN-in kollegiyasının yeni tərkibini təqdim edir:
Kollegiyanın sədri:
Müslümov Səlim Yanvar oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri
Kollegiyanın üzvləri:
İsayev İdris Balakişi oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Məmmədov Natiq Nəsir oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Rəhimov İlqar Elxan oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səfərov Cavid Fəxrəddin oğlu – Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Cəbiyev Əjdər Feyzulla oğlu – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri
Əlizadə Fuad Rəhim oğlu – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Bədəlbəyli Anar Rasim oğlu – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi
Əliyev Çingiz Mirzəkişi oğlu – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi
Cəfərova Şəlalə Ziyad qızı – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının iqtisadiyyat şöbəsinin müdiri.