Şəmkirdə 5 nəfər öldü (YENİLƏNİB)

Avto

Bakı-Qazax yolunda üç avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər ölüb, 10-dan çox adam yaralanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Şəmkir rayon ərazisində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hələlik ölən və yaralıların kimliyi məlum deyil.

Hadisə şahidləri deyir ki, yaralılar arasında jurnalistlər də olub.

***10.32

Bakı-Qazax yolunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Bakı-Qazax yolunun 375-ci kilometirliyində “VAZ” və “Opel” markalı minik avtomobilləri ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.