Şəmkirdə 5 nəfər xilas edildi

Yangin

Şəmkirdə 5 nəfər ölümdən qurtarıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Kür qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan üçotaqlı evdə baş verib.

Belə evin girişində 1 ədəd xalça qismən yanıb.

Hadisə zamanı ev sahibinin 5 nəfər övladı yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.