Şəmkirdə kişi sevgilisini baltaladı

Balta-1

Bu gün səhər saatlarında Şəmkir rayonunda dəhşətli cinayət baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 11:30-da qeydə alınıb.

45 yaşlı Müşfiq Əmirov qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovanı baltalayıb. Müşfiq Əmirov qadının bədəninə bir neçə balta zərbələri vurub. Ölümcül yaralanan Sevil Həsənova dərhal Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Gəzdiyi qadını baltalayan Müşfiq Əmirov hadisə yerindən qaçsa da, polis onu saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.