Şəmkirdə qan su yerinə axdı

Bicaq-2

Ötən gün Şəmkirdə qanlı cinayət baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Moral kəndində baş verən cinaəytdə ölüm olub.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında mübahisə sonradan dava ilə nəticələnib. Dava sonradan şiddətlənib. Əlbəyaxa zamanı tərəflər bir-birinin üstünə bıçaq çəkiblər.

Dava zamanı hər iki şəxs ağır bıçaq xəsarətləri alıb. İki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər Mübariz Zamanovun həyatını xilas edə bilməyib.

Verilən ilkin məlumata görə, davaya tərəflər arasında işlədilən nəlayiq söyüş səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.