«Səni axtarıram» vətəndaşların intim həyatına qarışır

Seni axta

Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ATV rəhbərliyinə kütləvi şəkildə müraciət etməyə başlayıblar 

XALQ.AZ xəbər verir ki, ATV telekanalında yayımlanan və bu gün ölkədə ən çox izlənilən «Səni axtarıram» verilişi bağlana bilər. Buna səbəb Rusiyada yaşayan azərbaycanlıların telekanal rəhbərliyinə kütləvi şəkildə müraciət ünvanlamasıdır. Bu barədə JAM.AZ-a Rusiyada yaşayan həmyerlilərimiz məlumat veriblər.

Onlar bildiriblər ki, «Səni axtarıram» verilişinin formatı onları çətin vəziyyətdə qoymaqla yanaşı, həm da ailələrində ciddi problemlər yaratmaqdadır. «Biz verilişin başqa səpkidə hazırlanmasına qarşı deyilik. Amma konkret olaraq bizim şəxsi, özəl və intim işlərimizə qarışmağa kimsənin haqqı yoxdur. Bu veriliş konkret olaraq ailələrdə narazılıq yaratmaqla yanaşı, həm də onların dağılması üçün da şərait yaratmaqdadır. Bu təhlükəli vəziyyəti aradan qaldırmaq lazımdır. Tələbimiz odur ki, ya veriliş bağlanmalıdır, ya da formatını dəyişməlidir».

Xatırladaq ki, «Səni axtarıram» verilişi əsasən Rusiyada yaşayan azərbaycanlıların qeyri-qanuni nigahdan dünyaya gəlmiş uşaqlarını axtarmaqla məşğuldur. Eyni zamanda, orada dünyasını dəyişmiş azərbaycanlıların da aşkarlanaraq, üzə çıxarılması istiqamətində bir sıra işlər görür.