Sərgi təxirə salındı

29

 

Bakıda dünəndən start götürən və 28 sentyabra qədər davam etməsi gözlənilən Hindistan sərgisi təxirə salınıb.

XALQ.AZ -ın Hindistanın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, sərginin baş tutmamasına səbəb Bakının Xətai rayonu ərazisindəki AMAY ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verən yanğın hadisəsidir.

Hindistan sərgisinin keçiriləcəyi AMAY ticarət mərkəzinin 2-ci mərtəbəsinə ziyan dəyməsə də, baş verən hadisə nəticəsində ticarət mərkəzində elektriklərin kəsilməsi sərginin təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən AMAY ticarət mərkəzinin 4-cü mərtəbəsində yanğın olub. Yanğın bir qədər sonra sönrülüb. Xəsarət alanların olmadığı bildirilir.