Sərhəddə gərginlik

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

 

XALQ.AZ xəbər verir ki, bu barədə MN məlumat yayıb.

 

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.