Sərhədlərin açılmamasının səbəbi…

“Quru sərhədlərin bağlı qalması insanlar üçün müəyyən çətinliklər yaradır. Amma çətinliklər yaratmasına baxmayarq quru sərhədlərin bağlı qalması məsələsi daha məqsədə uyğun hesab olunur və ona görə də Baş nazir yenidən karantin müddətinin uzadılması ilə bağlı qərar imzayıb”.

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, dünyada baş verən prosesləri görürük: “Müharibələr və terrorlar günahsız insanların canını alır. Bu baxımdan ölkənin sərhədlərinin mohkəm olması ilk növbədə insanların təhlükəsizliyi üçün çox vacibdir. Sərhədlərin bağlı qalması ilə bağlı bizim bilmədiyimiz məqamlar ola bilər. Baş nazirimiz quru sərhədlərinin qapalı qalmağını daha üstün hesab edilirsə bunu vacib hesab edirəm. Vətəndaşlarımız da müvafiq qərarı anlayışla qəbul etməli və səbirli olmalıdır. Yəni hökumətin rəhbəri quru sərhədlərin bağlı saxlanılmasının səbəbini daha yaxşı bilir. Ona görə də deyə bilərəm ki, məsləhət bilinəndə quru sərhədlər də açılacaqdı