Sərnişin AZAL-dan şikayətçidir 1821 manat kim qaytaracaq?

“Azərbaycan Hava Yolları” (AZAL) QSC vətəndaşı 1821 manat ziyana salıb.

XALQ.AZ xəbər verir ki, sərnişin Aytən Sadiqova  problemlə üzləşib. O bildirib ki, üzləşdiyi problemlə əlaqədar sorğusuna cavab verilmir və problemi həll olunmur:

“Təyyarəni dəyişməklə aldığım komfort klas bileti ekonom klasa dəyişdirdilər. Məni 1821 AZN ziyana saldılar. Ziyanı ödəmək üçün yaratdığım sorğulara isə cavab vermirlər”.

A.Sadiqova bildirib ki, AZAL-ı məhkəməyə verməyə hazırlaşır.