Sərnişin gəmisi batdı

Gemi

Banqladeş sahillərində sərnişin gəmisi batıb.

XALQ.AZ-ın məlumatına görə, gəminin göyərtəsində 200-dən çox sərnişin olub. Onlardan 8 nəfərin cəsədi tapılıb. Banqladeş rəsmilərinin açıqladığına görə, hadisə yerində xilasedicilər çalışır.

“Gəmidə sərnişinlərin sayı barədə müxtəlif məlumatlar alırıq. Bu məlumatlara əsasən deyə bilərik ki, gəmidə təxminən 200-350 sərnişin olub. 8 nəfərin cəsədi tapılsa da digər sərnişinlərin aqibəti hələlik məlum deyil”, – deyə rəsmilərin açıqlamasında bildirilir.

Gəminin hansı səbəbdən batması dəqiq bilinmir. İlkin ehtimallara görə, gəminin batmasına qeyri sabit hava şəraiti səbəb olub.