Şərurlu İsfəndiyar icra başçısından şikayətçidir: “Torpaqlarımı əlimdən alır…”

İş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovla Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov arasında torpaq mübahisəsi yaşanır. 

Bu barədə XALQ.AZ-a İsfəndiyar Axundovun özü məlumat verib. 

O, bildirib ki, məsələ ilə bağlı mübahisə bir müddətdir, davam edir: 

“Mənim Xızıda bütün sənədləri yerində olan torpaq sahəm var. Orada heyvan saxlayıram. Ancaq icra başçısı imkan vermir ki, işləyək. Torpaqlarımı əlimdən almaq istəyir. Məsələ məhkəməyə qədər gedib. Hazırda da aramızdakı gərginlik qalmaqdadır. Müvafiq dövlət qurumlarından işə baxıb, hüquqi qiymət vermələrini istəyirəm. Mənim bütün sənədlərim yerindədir. Sadəcə olaraq, icra başçısı səlahiyyətlərindən istifadə edib, torpağımı əlimdən almaq istəyir”.

Qeyd edək ki, Xəzər Aslanov 2012-ci ildən Xızı rayonunun icra başçısı vəzifəsində çalışır.