Sərxoş polis avtoqəza törətdi

7

Şəmkirdə sərxoş polis qəza törətdi, 8 nəfər xəsarət aldı

Polis işçisinin idarə etdiyi “Vaz 2106” markalı avtomobil Gəncə şəhər sakininə məxsus “Vaz 2106”-nı vurub

 

Şəmkir rayon Pittili kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Şəxsiyyəti hələlik məlum olmayan sərxoş polis işçisinin yüksək sürətlə idarə etdiyi “Vaz 2106” markalı avtomobil Gəncə şəhər sakini 23 yaşlı Vüsal Abbasova məxsus “Vaz 2106”-nı vurub. Hadisə nəticəsində sərxoş polis və maşınlarda olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.