“Səsimizi Cavanşir Paşazadəyə verəcəyik”- FOTO

75-saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçiciləri ilə bu gün də görüşlərini davam etdirib.

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə görüşlərini dairənin ayrı ayrı kəndlərində kollektiv ve fərdi şəkildə keçirib.

Görüş zamanı seçicilər deputatlığa namizədin ötən dövr ərzində millət vəkili kimi gördüyü işlərdən danışıb.

Seçicilər  Cavanşir Paşazadənin millət vəkili olduğu dövrə nəzər salıblar. Ucqar dağ kəndində həkim tibb məntəqəsinin, Separadi kəndində analoqu olmayan müasir tipli cüdo-idman mərkəzinin və iki böyük kənddə sakinlər üçün 400 nəfərlik mərasim zalının tikintisinə görə Cavanşir Paşazadəyə səmimi təşəkkürlərini bildiriblər.

Çıxış edən seçicilər “Biz səsimizi yenə də Cavanşir Paşazadəyə verəcəyik. O bizi Milli Məclisdə həmişə yaxşı təmsil edib”,-deyə vurğulayıblar.

Dputatlığa namizəd xoş sözlərə görə seçicilərinə təşəkkürünü bildirib və müraciət etdikləri həlli vacib məsələlərin həll edilməsində ona bir daha etimad göstərilərsə aradan qaldırılması üçün əlindən gələni edəcəyini qeyd edib.

XALQ.AZ