Səyahət edənlərin nəzərinə

Seyahet

“Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası” təsdiq edilib.

XALQ.AZ-ın Nazirlər Kabinetinə istinadla verdiyi məlumata görə, Azərbaycan hökuməti “Səyahət sənədi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 133 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar verib.

Qərara əsasən Maliyyə Nazirliyi səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.