Saatlıda “Əvəzolunmaz lider” adlı ümumrayon tədbiri keçirilib

Saatlı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Əvəzolunmaz lider” adlı ümumrayon tədbiri keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı Rayon nüməyandəliyinin tərəfdaşlığı ilə Rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Əvəzolunmaz lider” adlı ümumrayon tədbiri keçirilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Bülbül adına Uşaq Musiqi məktəbinin xor kollektivinin Azərbaycan Respublikasının dövlət himnini ifa etməsi ilə açıq elan olunub. Konsert proqramı ilə davam edən tədbirdə Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının, Bülbül adına Uşaq Musiqi məktəbinin müəllimlərinin ifasında milli və vətənpərvər ruhda musiqilər ifa olunub. Konsert proqramı rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.