Saatlıda ev yandı

Yandi

Saatlı rayonunda yaşayış evi yanıb.

XALQ.AZ-ın məlumatına görə, Saatlı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.