Saatlının biznes strategiası

42

 

 

Məlumata əsasən Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlını yaxın adamlar arasında bölüşdürüb. İcra başçısı şəhərdə obyektlərə icazənin verilməsini müavininə həvalə edib Saatlı rayonunda daxil olan məlumaat görə icra başçısının müavini Rahib Salahov  Memarlıq və Tikinti şöbəsinin müdiri Yüsif İskəndərovla işlərini öz boynuna çəkərək sahibkarlıq üçün ərazi almaq istəyən şəxslərdən külli miqdarda hesab alır.Məlumatda bildilir ki, icra başçısı Siraqəddin Cabbarov torpaq almaq istəyən vətəndaşların problemlərinin həllini məhz  müavini Rahib Salahova tapşırıb. İnformasiya mənbəmiz qeyd edir ki, şəhərin müxtəlif yerlərində ticarət obyekti açmaq istəyən şəxslərin problemləri birbaşa Rahib Salahova hesab kitabı ilə yoluna qoyulur.Belə ki, Memarlıq və Tikinti şöbəsinin sənədlərə rəy verərək təsdiqləməsi üçün vurulan möhürün hamısının haqq hesab aparılır. Məlumat verən mənbəmiz idda edir ki, Saatlının mərkəzi hissələrində, ticarət obyektinə qərar almaq üçün Rahib Salahovla razılaşmalıdırlar. Bundan başqa şəhər bələdiyyəsinə, yerli icra nümayəndəsinə və sair şəxslərədə müəyyən haqq verilir. Məlumatda qeyd olunur ki, ticarət obyektinin tikilməsində ən önəmli qərarın verilməsində  muavin başçını icazəsini ödənişsiz almır. Belə ki, ərazinin qiymətləndirilməsi başçının razılığına əsasən aparılır. Mənbəmiz bildirir ki, Saatlı icra başçısı  ticarət obyektlərinə icazənin verilməsi “əməliyyatını”  müavininə həvalə etməsinin səbəbi Rahib Salahovla iş adamları ilə “anlaşmağı” bacarmasından irəli gəlir

Adı çəkilən şəxslərlə əlaqə yaratmaq mümkün olmadığı üçün mövqelərini dərc etməyə hazırıq