Sabah dezinfeksiya işləri aparılacaq – küçəyə çıxmaq olmaz

Kommunal xidmətlər Bakı sakinlərinə xəbərdarlıq edib.

Paytaxtın kommunal strukturlarından XALQ.AZ-a verilən məlumata görə, 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.