Sabiq başçının oğluna yeni vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib.
Nazirin əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.
Digər əmrlə Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Bayramov Əbdül Yaşar oğlu vəzifəsindən azad edilib və Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri təyin olunub.