Sabiq icra başçısı qəfil öldü

Milli-azadlıq hərəjatının tanınmış simalarından olan, Elçibəy hakimiyyəti zamanı Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Rafiq Həsən vaxtsız vəfat edib.

XALQ.AZ xəbər verir ki, bu barədə mərhumun dostları sosial mediada məlumat yayıblar.

Bildirilir ki, Rafiq Həsənin vəfatı qəfildən olub. Belə ki, mərhum xəstə deyilmiş.

Allah rəhmət eləsin!

XALQ.AZ