Sabiq icra başçısının qardaşı işdən azad edildi

Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.

XALQ.AZ xəbər verir ki, sabiq icra başçsının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.

Xatırladaq ki, Razim Məmmədov ötən ilin dekabrın 13-də Xətai rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

 

 

Orxan