Sabiq müavinə yüksək vəzifə verildi

Ləğv edilən Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyəti sədrinin sabiq müavininə yüksək vəzifə verilib. 

Nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə, Fərid Rafiq oğlu Nuriyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki,  Fərid Nuriyev 4 iyun 2018-ci il də  Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. O, Bakı Nəqliyyat Agentliyi ləğv edilənə qədər sözügedən qurumun sədrinin müavini olub.