Sabiq nazirin universitetində bu hərəkət… – “AYIB OLSUN”-Foto

Rast gəldiyim bu fotolar məni həddən artıq kədərləndirdi! Böyük Azərbaycana, əziz xalqımıza, doğma Vətənimizə xidmət etmiş hər bir insan bizim üçün əziz olmalı və əziz xatirəsi qəlbimizdə daim yaşamalıdır!

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

“Ulu öndərin 94 illiyindən sonra Qərbi Kaspi Universiteti döşəmələri silmək üçün Ulu öndərin portreti əks olunmuş köynəklərdən istifadə edirmiş. Sadəcə, ayıb olsun. Bu universitetin rəhbərliyinə də, bundan istifadə edən xidmətçilərə də!

Bu paylaşımdan sonra Qərbi Kaspi Universiteti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük:

“Bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.

Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi sabiq nazir Hüseynqulu Bağırovdur.

XALQ.AZ