Sabiq təhsil naziri status yazdı

Firudin

Mərkəzi Gömrük Hospitalına yerləşdirilən sabiq təhsil naziri Firudin Cəlilov Facebook səhifəsində status yazıb.

XALQ.AZ-ın məlumatına görə, Firudin Cəlilov yazdığı statusda sabah səhər müalicə üçün Ankaraya gedəcəyini və qayıdana qədər Facebook-da olmayacağını bildirib.

Sabiq təhsil naziri sağlamlığı ilə bağlı narahat olan və ona şəfa diləyən bütün dostlarına təşəkkür etməyi də unutmayıb.

Qeyd edək ki, Firudin Cəlilovun müalicəsini dövlət öz üzərinə götürüb.

Bu haqda Ümid Partiyası sədrinin müavini Ramin Hacılı Facebook səhifəsində yazmışdı.

“Dövlət Firudin Cəlilovun müalicəsini öz üzərinə götürüb. Gələn həftə isə o, Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək. Bir daha göstərdikləri diqqətə görə mediamıza, yazarlara, dövlətimizə, xüsusən də cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”, – deyə Ramin Hacılı bildirib.