Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürdü

naqil
XALQ.AZ-ın məlumatına görə, Sabirabad rayonu, Azadkənd sakini 22 yaşlı Əliyev Tamerlan Ağadadaş oğlunu elektrik enerjisi vuraraq öldürüb.

Atın belində örüşdən qayıdan zaman elektrik naqilinin qırılaraq üzərinə düşməsi Tamerlan Əliyevin ölümünə səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.