Sahibə Qafarova əfv sərəncamından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı haqqında danışıb.

XALQ.AZ xəbər verir ki, spiker prezidentin humanist addım ataraq koronavirus xəstəliyi ilə əlaqədar yaş və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhkumu əfv etdiyini bildirib.

Sədr əlavə edib ki, bu addım dövlət siyasətinin mahiyyətində insanlara qayğını göstərməklə yanaşı sübut edir ki, siyasi mənsubiyyəti, cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq insan həyatı Azərbaycan dövləti üçün mühümdür:

Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizəsi və atdığı addımların mahiyyətində əhalinin sağlamlığını qorumaq durur. Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska zavodunun açılışında iştirak etdi: “Həmin açılışda çıxışı zamanı prezident koronavirusla mübarizəyə dair xalqa geniş məlumat verdi. Həmçinin qeyd edildi ki, 5 xəstəxananın açılması üçün dövlət büdcəsindən 15 milyon manat vəsait ayrılıb. Bu tədbirlər prezidentin şəxsi nəzarətindədir. Bunlar göstərir ki, Azərbaycan koronovirusa qarşı mübarizədə ön sırada dayanır”.

Sədr əlavə edib ki, koronavirusla mübarizədə iqtisadi fəallığın qorunması üçün dövlət mühüm addımlar atır: “Bununla bağlı lazımı addımlar atılır, at təminatlı əhaliyə, kiçik və orta sahibkarlara subyektlərinə dəstək göstərir. Bütün bunlara görə cənab prezidentə təşəkkür edirəm”.