Sahibə Qafarova “Şanlı Ordumuz tarixi mədəni paytaxtımızı işğaldan azad edib”

Milli Məclisin sədri Sahibə Qafarova Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.

XALQ.AZ-ın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Şanlı Ordusunun tarixi mədəni paytaxtımız olan Şuşanı işğalçı Ermənistanın 3 onillik işğalından azad etdiyini bildirib.

Milli Məclisin sədri xalqı bununla bağlı təbrik edib.