Sahibə Qafarova: “Senatda çirkin siyasi aksiya təşkil edilib”

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən spiker Sahibə Qafarova əvvəlcə Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə deputatları təbrik edib.

O bildirib ki, dekabrın 1-nə Laçın rayonu da  dinc yolla qaytarılacaq: “Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Eşq olsun Ali Baş Komandana, Yaşasın Müzəffər Azərbaycan Ordusu”.

Spiker daha sonra Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib. O qeyd edib ki, ötən gün Senatda çirkin siyasi aksiya təşkil edilib və təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.