Sahibə Qafarova təltif olundu-Fotolar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə videoformatda konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda çıxış edərək Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliğinin, qadın və uşaq hüquqlarının müdafiəsinin, gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib.

Sonra Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illik fəaliyyətini əks etdirən film nümayiş olunub və komitənin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların yubiley təbrikləri çatdırılıb.

Qeyd edk ki, Milli Məclisin sədri Sahibə Qafarova ölkədə gender siyasətinin inkişafına verdikləri dəstəyə görə Dövlət Komitəsinin xatirə medalı ilə təltif olunduğu bildirilib.

XALQ.AZ