Sahibə Qafarovadan Laçın TƏBRİKİ

Milli Məclisin sədri Sahibə Qafarova Facebook səhifəsində Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

XALQ.AZ xəbər verir ki, xanım Sədr paylaşımda bunları yazıb:

“28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Bayrağımız dalğalanır. Ali Baş Komandan başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!”