Şahin Növrəslinin konsertinə biletlər satışa çıxarıldı

62

 

Məşhur caz ifaçısı, Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin Heydər Əliyev Mərkəzində keçiriləcək “Bayatı” adlı konsertinin biletləri oktyabrın 12-dən satışa çıxarılacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, oktyabrın 20-dəki konsertin biletlərinin qiyməti 30, 40 və 50 AZN-dir. Biletləri bu ünvandan əldə etmək mümkündür: Heydər Əliyev Mərkəzinin kassasından (Heydər Əliyev prospekti, 1) və Kiçik Qala küç., 118 əldə etmək mümkündür. Biletləri Heydər Əliyev Mərkəzinin rəsmi internet saytından (heydaraliyevcenter.az) da sifariş etmək olar.

Hər hansı sualla bağlı Heydər Əliyev Mərkəzininin 012 505 60 03, “A+A Events” şirkətinin 012 497 21 24 telefon nömrəsinə müraciət etmək mümkündür.

Qeyd edək, “Bayatı” konsertində Şahin Növrəslinin yeni ifaları, müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcək. Gecədə, həmçinin xüsusi qonaq – finlandiyalı müğənni Yanita (Janita) öz məşhur ifaları ilə çıxış edəcək. Müğənni, bəstəkar Yanita 1978-ci ildə Helsinki şəhərində anadan olub, ABŞ-da fəaliyyət göstərir. İndiyə qədər 8 albomu işıq üzü görüb və onlardan bir neçəsi Finlandiyanın “Top 40”-da yer alıb.

Xatırladaq ki, konsertin təşkilatı dəstəyi “A+A Event” şirkətidir.