Şahin Seyidzadə seçicilərlə görüşdü

Deputat Abşeron rayonu Ceyranbatan qəsəbəsində fərdi vətəndaş qəbulu keçirildi.

XAIQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Şahin Seyidzadə tərəfindən sentyabr ayının 29-də Abşeron rayonunda Ceyranbatan qəsəbəsində Хırdalan şəhəri, Saray, Ceyranbatan, Saray, Qobu və Hökməli qəsəbələrindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirmişdir.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, ekologiya, idman, sahibkarlıq, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.

Həmçinin, qəbul zamanı II Qarabağ Müharibəsinin bir qrup qaziləri ilə görüşülmüş, onların problemləri dinlənilmişdir.

Qəbul zamanı deputat vətəndaşları təkbətək dinləyərək səsləndirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyini diqqətə çatdırıb, bəzi məsələlər operativ olaraq yerində həllini tapmışdır.