Sakinlər su problemi ilə üz-üzə

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan vətəndaşlar içməli suya həsrət qalıblar.

Su 2 ildir ya fasilələrlə, ya da qrafiklə verilir.
Sakinlərin sözlərinə görə, son 2 ayda qrafikə belə məhəl qoyulmur.
Bildirilib ki, sakinlərin problemi Binəqədi rayon Su Kanal idarəsi tərəfindən nəzarətdə saxlanılacaq.