Salyanda rayon birinciliyi keçirildi

 

5

Salyanda yeni dərs ilinin başlanması münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilmişdir

Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şahmat məktəbində yeni dərs ilinin başlanması münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, beynəlxalq şahmat qaydalarına əsasən, üç yaş qrupu üzrə, ümumilikdə, 65 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi rayonda şahmat idman oyununu inkişaf etdirmək və rayonun yığma komandasını müəyyən etmək olmuşdur.
Böyüklər arasında İsrafil İsrafilov birinci, Şövqi Tağızadə ikinci, Habil Məlikov üçüncü yerləri tutmuşlar.
Orta yaş qrupu arasında Röya Kərimova fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, Aytac Abasova ikinci, Kamil Cəfərov üçüncü yerə layiq görülmüşlər.
Kiçik yaş qrupu üzrə isə birinci yeri Ənvər Kamalov, ikinci yeri Zeynəb Hüseynli, üçüncü yeri isə Fərhad Həsənov tutmuşlar.
Sonda qaliblərə rayon gənclər və idman idarəsinin diplom, medal və hədiyyələri verilmişdir.