Salyanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib
Salyan rayonunda 13 fevral – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü və Dövlət Xidməti işçilərinin peşə bayramı günü qeyd edilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Dövlət xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri, Salyan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur.